DÜNYA

14 Oktyabr

Şri-Lanka BRICS-ə üzv olmaq üçün müraciət etmək qərarına gəlib

Finss.az xəbər verir ki, Şri-Lanka BRİKS qrupuna qoşulmaq üçün müraciət edəcək.

"Şri-Lanka Xarici İşlər Nazirliyi bazar ertəsi ölkənin BRİKS-ə üzvlük üçün rəsmi ərizə təqdim edəcəyini elan edib. Bu ərizə Şri-Lankanın inkişaf etməkdə olan iqtisadiyyatlarla əlaqələri gücləndirmək və beynəlxalq əlaqələri şaxələndirmək niyyətindən xəbər verir", - qəzet qeyd edir.

Ölkə BRİKS ölkələrinin yaratdığı Yeni İnkişaf Bankının layihələrində də iştirak etmək niyyətindədir.

Kaira Agayeva 

Finss.az