DÜNYA

14 Oktyabr

Hindistanda toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar gəlir gətirəcək

Hindistan Ticarət Konfederasiyasının proqnozlarına görə, ölkə iqtisadiyyatına rekord məbləğdə - 70 milyard dollar gətirəcək yeni toy mövsümü başlayır. Toy bu ölkənin mədəniyyətində sadəcə bir bayram deyil, ailələrin uşaqları doğulduğu andan pul yığmağa başlayan onilliklər ərzində hazırladıqları mühüm həyat hadisəsidir. 

Finss.az xəbər verir ki, ənənəvi olaraq, toyların başlaması kənd təsərrüfatı mövsümünün sonuna, hava şəraitinin açıq havada böyük şənliklər keçirmək üçün əlverişli olduğu vaxta təsadüf edir. Dekabrda başlayan və yanvarın ortalarına qədər davam edən bu mövsüm müxtəlif ayinlər, rəqs proqramları və dəbdəbəli ziyafətlər də daxil olmaqla çoxsaylı mərasimlərlə zəngindir.

Analitiklər Hindistanda nikahların sayının əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırırlar. Keçən il 3,5 milyon olan bu rəqəm bu ilin sonunda 4,8 milyona çatacaq. Bu sıçrayış toy gününün seçilməsində əsas rol oynayan astrologiya baxımdan əlverişli tarixlərin sayının artması ilə bağlıdır. Bu mövsümdə kütləvi toylar 18 gün ərzində keçiriləcək ki, bu da əvvəlki illə müqayisədə 7 gün çoxdur.

Hindistanda toy büdcələri təvazökarlıqdan uzaqdır və inanılmaz dərəcədə dəbdəbəli keçirilir. Varlı ailələrdə bu məqsədlər ayrılan məbləğ orta hesabla 30 milyon rupiyə (təxminən 360 min dollar) çatır. Daha qənaətcil variantlar təxminən 3,5 min dollara başa gəlir, orta səviyyəli toylar isə hər ailə üçün 100-150 min dollar arasında xərc tələb edir.

Kaira Agayeva

Finss.az