DÜNYA

14 Oktyabr

ABŞ Çinin Tayvan yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirməsindən narahatdır

Finss.az xəbər verir ki, Vaşinqton Pekinin Tayvan ətrafında keçirdiyi hərbi təlimlərdən ciddi şəkildə narahatdır və təmkinli olmağa çağırır.

"Birləşmiş Ştatlar Xalq Azadlıq Ordusunun Tayvan boğazında və Tayvan ətrafında birgə hərbi təlimlər keçirməsindən ciddi narahatdır. Biz ÇXR-i təmkinli davranmağa və Tayvan boğazında və daha geniş ərazilərdə sülh və sabitliyə xələl gətirə biləcək hər hansı növbəti hərəkətlərdən çəkinməyə çağırırıq. Bu, regional sülh və rifah üçün vacibdir və beynəlxalq narahatlıq doğuran məsələdir”, - bəyanatda deyilir.

Dövlət Departamenti ABŞ-ın Çinin hərəkətlərini izləməyə və müttəfiqləri və tərəfdaşları ilə koordinasiya etməyə davam edəcəyini vurğulayıb.

Bəyanatda həmçinin qeyd olunub ki, Birləşmiş Ştatlar “uzun müddətdir davam edən tək Çin siyasətinə sadiq qalır”.

Xəbər verdiyimiz kimi, Çin Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı bazar ertəsi Tayvan boğazında, eləcə də şimal, cənub və şərqdə ordu, donanma, hava qüvvələri və raket qüvvələrinin iştirakı ilə “Birgə kəskin qılınc 2024B” təliminə başlayıb adadan.

Kaira Agayeva 

Finss.az