DÜNYA

14 Oktyabr

Şri-Lankada daşqınlardan 118 mindən çox insan zərər çəkib

Finss.az xəbər verir ki, Şri-Lankada son bir həftədir davam edən leysan yağışları nəticəsində 118 mindən çox insan daşqınlardan zərər çəkib.

Məlumata görə, tüğyan edən fəlakətdən ən çox Şri-Lankanın qərb, şimal-qərb və şimal əyalətlərinin sakinləri əziyyət çəkiblər;

Qeyd olunur ki, daşqının nəticələrinə görə iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb, 230-dan çox yaşayış binası tamamilə və ya qismən dağılıb, bir neçə məktəb bağlanıb.

Yerli çaylarda suyun səviyyəsi yüksək olaraq qalır və meteoroloqlar növbəti 24 saat ərzində əlverişsiz hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, 2017-ci ilin may ayında Şri-Lankada leysan yağışları nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri ölkənin qərbində və cənubunda bir çox ərazilərə ziyan vurmuş, 164 nəfər həlak olmuş, yüz minlərlə insan evsiz qalmışdı.

Kaira Agayeva 

Finss.az