DÜNYA

10 Oktyabr

Yaponiyada bir rusiyalıdan sanksiyaları pozduğuna görə 3,5 il həbs cəzası istənilib

Yaponiya prokurorluğu qanunsuz ixracda ittiham olunan Rusiya vətəndaşına 3 il 6 ay həbs cəzası verilməsini, həmçinin 5 milyon yen (təxminən 33 min dollar) məbləğində cərimələnməsini istəyib.

Finss.az xəbər verir ki, Söhbət 38 yaşlı Andrey Sovadan gedir, o, Rusiyaya qarşı tətbiq edilən ixrac sanksiyalarını pozmaqda ittiham olunur. İttiham tərəfinin sözlərinə görə, həmin şəxs Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən lazımi icazə almadan, içərisində bir neçə reaktiv xizək, moped və dəniz dizel mühərriki olan konteyneri Rusiyaya göndərib. Tədarükün ümumi məbləği 42 milyon yen (təxminən 260 min dollar) olaraq qiymətləndirilir.

Müdafiə tərəfi Andrey Sovanın hərəkətlərinin üçüncü şəxslərə ziyan vurmadığını israr edir və ona şərti cəza və cərimə verilməsini xahiş edir. Osakadakı diplomatik nümayəndəlikdən TASS-a bildiriblər ki, bu şəxs qanuni hüquqlarını qorumaq üçün tam konsul müşayiəti almağa davam edəcək: “Biz bu iş üzrə prosesi diqqətlə izləyirik”.

Andrey Sovanın saxlanması iyul ayında məlum olub. Bu hadisə Yaponiyada Rusiya vətəndaşının sanksiya qanunvericiliyini pozmaq ittihamı ilə həbsi ilə bağlı ilk insidentdir.

Kaira Agayeva 

Finss.az