DÜNYA

10 Oktyabr

Çin demoqrafik dəyişikliklərlə bağlı əhali sorğusu keçirəcək

Finss.az xəbər verir ki, Çin səlahiyyətliləri cəmiyyətdə davam edən demoqrafik dəyişiklikləri müəyyən etmək üçün əhali arasında sorğu keçirməyi planlaşdırıb.

Hökumət yaş, etnik mənsubiyyət, təhsil səviyyəsi, daxili miqrasiya vəziyyəti, yaşayış yeri, məşğulluq, ailə vəziyyəti, uşaqların olması və digər göstəricilər kimi parametrləri öyrənmək niyyətindədir.

Son illərdə Çin cəmiyyətində əhalinin qocalması və doğum nisbətinin azalması tendensiyası formalaşıb. Rəsmi proqnozlara görə, 2035-ci ilə qədər Çində 60 yaşdan yuxarı vətəndaşların nisbəti 30%-i keçəcək.

Kaira Agayeva 

Finss.az