DÜNYA

10 Oktyabr

BMT BOK-un qadınlara münasibətini pisləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçisi Reem Alsalem “İdmanda qadınlara və qızlara qarşı zorakılıq” adlı 24 səhifəlik hesabatında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qadın idmanına münasibətini pisləyib.

Finss.az xəbər verir ki, hesabatda bildirilir ki, Paris Olimpiadasında qadın boksçular cinsiyyəti sual altında olan iki rəqiblə mübarizə aparmalı idilər, lakin BOK cinsiyyətin müəyyənləşdirilməsi üzrə test keçirməkdən imtina edib. Alsalem qeyd edib ki, qeyri-invaziv və məxfi olan yanaq çubuqundan istifadə edərək cinsi müəyyən etməyə kömək edən texnologiyalar var.

2024-cü il Yay Olimpiya Oyunlarında qalmaqal yaşanıb. Əlcəzairli boksçu İman Xelif 66 kq çəki dərəcəsində Olimpiya qızılını qazanıb. Olimpiya turnirinin final matçında Xelif çinli Yang Liu ilə döyüşüb. Hakimlərin yekdil qərarı ilə qələbə Əlcəzair təmsilçisinə verilib.

Kaira Agayeva 

Finss.az