Finss.az xəbər verir ki, Özbəkistanda parlament seçkilərində erkən səsvermə oktyabrın 16-23-də keçiriləcək.
“MSK-nın növbəti iclasında seçki günü yaşayış yeri üzrə ola bilməyən seçicilər üçün 2024-cü il oktyabrın 16-23-də erkən səsvermənin təşkili ilə bağlı qərar qəbul edilib”, – məlumatda bildirilib.
Seçki məntəqələrində erkən səsvermə iş günləri saat 9.00-dan 18.00-dək, həftə sonları isə saat 11.00-dan 17.00-dək keçiriləcək.
Özbəkistanda parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Seçki kampaniyasına iyulun 26-da start verilib, sentyabrın 22-dən isə namizədlərin seçkiqabağı təşviqat kampaniyası keçirilir.
Kaira Agayeva
Finss.az