DÜNYA

19 Sentyabr

Aİ Ukraynaya 160 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) Ukraynanın enerji infrastrukturu üçün 160 milyon avro ayıracaq.

Finss.az xəbər verir ki, məbləğin böyük hissəsi, yəni 100 milyon avro Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdir.

Bundan əlavə, Avropa Komissiyasının bu yaxınlarda verdiyi bəyanatda qeyd olunub ki, müharibə başlayandan bəri Aİ Ukraynanın enerji infrastrukturu üçün 2 milyard avro ayırıb.

Kaira Agayeva 

Finss.az