DÜNYA

19 Sentyabr

KİV: Amerikalıların əksəriyyəti Harrisin debatda Trampı məğlub etdiyini düşünür

Finss.az xəbər verir ki, Əksər amerikalılar Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin sentyabrın 10-da keçirilən debatda Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampdan daha yaxşı çıxış etdiyini düşünürlər.

Sorğunun nəticələri göstərib ki, respondentlərin 67%-i Harrisi debatın qalibi hesab edir. Donald Trampı isə sorğuda iştirak edənlərin yalnız 40%-i qiymətləndirib.

Eyni zamanda namizədləri seçkilərdə eyni sayda seçici - 47% dəstəkləməyi planlaşdırır. Sorğu iştirakçılarının 5%-i hələ seçimini etməyib.

Sorğu sentyabrın 11-dən 16-na kimi 2437 amerikalı arasında aparılıb.

Kaira Agayeva 

Finss.az