DÜNYA

19 Sentyabr

Çexiyada baş verən avtobus qəzasında 17 nəfər yaralanıb

Bu gün Çexiyanın Karlovı-Varı şəhərində 17 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Finss.az xəbər verir ki, minik avtomobili ilə toqquşan sərnişin avtobus körpüdən aşaraq dəmir yolunun yaxınlığındakı xəndəyə düşüb. Qəza nəticəsində 17 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

İlkin məlumatlara görə, minik avtomobilin sürücüsü içkili olub. Hadisə yerində yanğınsöndürənlər və polis əməkdaşları işləyir.

Kaira Agayeva 

Finss.az

Şəhərin mərkəzində avtomobil və dəmir yolu hərəkəti dayandırılıb. Xəsarət alanların hamısı xəstəxanalara çatdırılıb. Həkimlər onların heç birinin həyatı təhlükəsinin olmadığını bildiriblər.