DÜNYA

19 Sentyabr

Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüş keçirib

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın daxil olduğu Xəzər “beşliyi” formatında əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.

Finss.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda deyilir.

“Xəzər regionunda çoxşaxəli əməkdaşlığın geniş spektri və “beşlik” formatında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək növbəti görüşünə hazırlıqla bağlı maraqlı fikir mübadiləsi aparılıb”. Diplomatik şöbə qeyd edib.

Kaira Agayeva

Finss.az