DÜNYA

19 Sentyabr

İlon Mask: ABŞ-da aşırı senzura hökm sürür

Amerikalı milyarder İlon Mask ABŞ-ın hər yerində senzuranın hökm sürdüyünü bildirib.

Finss.az xəbər verir ki, o, bu ifadəni “X” sosial şəbəkəsində istifadəçilərdən birinin “ABŞ-ın vitse-prezidenti Kamala Harris hakimiyyətə gələrsə, Kaliforniyada baş verənlər “bütün ABŞ-a yayıla bilər” fikrinə şərh olaraq yazıb.

Daha əvvəl İlon Mask “X” kompaniyasının baş qərargahının San-Fransiskodan (Kaliforniya ştatı) Texasa köçürülməsini Kaliforniya hakimiyyətinin söz azadlığını boğmaq niyyəti ilə izah etmişdi.

Qeyd edək ki, İlon Mask sentyabrın 13-də yerli hökumətin siyasəti ilə razılaşmadığı üçün “X” kompaniyanın baş ofisini San-Fransiskodan Texasa köçürüb. Amerikalı biznesmen, həmçinin Demokratlar Partiyasının senzuranın qızğın tərəfdarına çevrildiyini söyləyib.

Kaira Agayeva 

Finss.az