DÜNYA

19 Sentyabr

KİV: Niger ordusu 100-dən çox terrorçunu zərərsizləşdirib

Finss.az xəbər verir ki, Nigerin silahlı qüvvələri ölkənin cənub-qərbindəki Tillaberi bölgəsindəki əməliyyat çərçivəsində 100-dən çox terrorçunu zərərsizləşdirib. 

"Quru və hava qüvvələrinin koordinasiyası sayəsində 100-dən çox terrorçu zərərsizləşdirilib, düşmənin mühüm maddi ehtiyatları da məhv edilib", - məlumatda deyilir. 

Məlumata görə, Niger silahlı qüvvələri beş əsgərini itirib, 27 hərbi yaralanıb. Ölkə hakimiyyəti həlak olanların ailələrinə başsağlığı verib və zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Kaira Agayeva 

Finss.az