DÜNYA

19 Sentyabr

Şimali Koreya super böyük döyüş başlığına malik yeni taktiki raketi sınaqdan keçirib

Sentyabrın 18-də KXDR-in Raket Elmləri üzrə Baş İdarəsi 4,5 ton ağırlığında ultra iri döyüş başlığına malik yeni “Hwasong-11da-4.5” taktiki ballistik raketini uğurla sınaqdan keçirib.
Finss.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Sınaq buraxılışının mahiyyəti 320 km-ə qədər məsafədə hədəfə dəyən ultra böyük döyüş başlığı olan raketin dəqiqliyini təsdiqləməkdən ibarət idi”, - deyə məlumatda bildirilir. Həmin gün gücü artırılmış strateji qanadlı raket buraxıldı. Onun parametrləri dəqiqləşdirilməyib.

Kaira Agayeva 

Finss.az