DÜNYA

18 Sentyabr

İsveç sakini öz bağçasında qədim medalyon tapıb

İsveçin Mariefred sakini Mattias Birqestam Qripsholm qəsri yaxınlığında yerləşən evinin yaxınlığındakı istixananın bünövrəsinin altında xəndək qazarkən XVII əsrə aid holland medalyonu aşkar edib.

Finss.az xəbər verir ki, İsveçin Dövlət Mədəniyyət Abidələrinin Mühafizəsi İdarəsinin mütəxəssislərinin bəyanatına görə, medalyonun bir tərəfində Müqəddəs Qoranın əjdahanı öldürməsi əfsanəsinin fraqmenti, digər tərəfində isə Amsterdamın şimalında yerləşən Niderlandın Horn şəhərinin adı həkk olunub. 

Tapıntının təhvil verildiyi Sörmland Muzeyi medalyonu öz kolleksiyasına daxil edəcək.

Muzeyin şöbə müdiri Piter Ostriç deyir: “Bu, çox maraqlı tapıntıdır. Horn və Mariefred arasındakı əlaqə sirr olaraq qalır. Belə bir sual meydana çıxır; bu medalyonu yerli sakin səyahətdən gətirib, yoxsa hollandiyalı özü buraya gəlib?”.

İsveç qanunlarına görə, 1850-ci ilə qədər olan əşyalar arxeoloji ərazilərdən kənarda tapılarsa, onu aşkar edən şəxsə aiddir. Amma tarixi dəyəri olan artefaktı dövlət qurumlarına təhvil verməklə mükafat ala bilərsiniz. İl ərzində Mədəniyyət Abidələrinin Mühafizəsi İdarəsi 20-yə yaxın İsveç vətəndaşını mükafatlandırıb.

Maraqlıdır ki, son illərdə Alinqsos meşələrində Tunc dövrünə aid 96 obyektin aşkarlanması üçün ən böyük məbləğdə - 5 min dollardan çox vəsait ödənilib.

Kaira Agayeva 

Finss.az