DÜNYA

18 Sentyabr

ABŞ İsraili Livanda peycerləri partlatmaqda ittiham edib

Hizbullah üzvlərinə məxsus peycerlərin bombalanması İsrail kəşfiyyatı və ölkə ordusu tərəfindən təşkil edilib. Bütün Livanda minlərlə insanın yaralanmasına səbəb olan əməliyyatın İsrail kəşfiyyat xidməti və İsrail hərbçilərinin hərəkətlərinin nəticəsi olduğu da iddia edilir. Bundan əvvəl Livanın baş naziri Nəcib Mikati Livanda peycerlərin partladılmasının “İsrailin cinayətkar təcavüzü” olduğunu və dövlətin suverenliyini pozduğunu bildirmişdi.

Finss.az xəbər verir ki, Livanın bir sıra bölgələrində, o cümlədən Beyrutun cənub ətraflarında peycerlərin partlaması nəticəsində onlarla insan yaralanıb. Buna cavab olaraq Livan Xarici İşlər Nazirliyi İsrailə qarşı BMT Təhlükəsizlik Şurasına (TŞ) şikayət hazırlayacaq. Hizbullah həmçinin Təl-Əvivi “ədalətli cavab”la hədələyib.

Kaira Agayeva 

Finss.az