DÜNYA

18 Sentyabr

İran prezidenti hicaba görə qadınları narahat etməyəcəyinə söz verib

Finss.az xəbər verir ki, Pezeşkian əxlaq polisinin hicaba görə qadınları “narahat etməməsini” təmin edəcəyinə söz verib. O qeyd edib ki, bu məsələ ölkə düşmənlərinə hücuma əsas verməməlidir. 2022-ci ildə Pezeşkian Mahsa Aminin ölümündən sonra keçirilən etirazları pisləyib

İranın əxlaq polisi bundan sonra qadınları məcburi hicaba görə “təqib etməyəcək”, ölkə prezidenti Məsud Pezeşkian iyulda andiçmə mərasimindən sonra keçirdiyi ilk mətbuat konfransında bildirib. O, sələfi Ebrahim Rəisi iyun ayında təyyarə qəzasında dünyasını dəyişdikdən sonra bu vəzifəyə keçib.

Eyni zamanda, o əlavə edib ki, İranda müsəlman qadınların iffətli və hicablı olması lazım olduğuna inanırlar. Onun sözlərinə görə, bu mövzuda fikir ayrılığı yoxdur, lakin Tehranın düşmənlərinə bu məsələdən istifadə etmək üçün əsas vermək “təhlükəli və zərərlidir”.

Kaira Agayeva

Finss.az