DÜNYA

18 Sentyabr

ABŞ-da uşaqlar üçün təhlükəli olan virus sürətlə yayılır

WastewaterSCAN-ın direktoru Alexandria Boehm bildirib ki, uşaqlarda iflicliyə səbəb olan Enterovirus D68 ABŞ-da sürətlə yayılır.

Finss.az xəbər verir ki, təşkilatın mütəxəssisləri tullantı sularının monitorinqi zamanı bütün ölkə ərazisində tullantı sularında EV-D68 nuklein turşuları aşkar ediblər. O əlavə edib ki, onların səviyyəsi durmadan artır.

Direktor aydınlaşdırıb ki, 2024-cü ilin avqustunda ölkənin çirkab sularında aşkar edilmiş virus hissəciklərinin sayı təxminən altı dəfə artıb.

Kaira Agayeva 

Finss.az