DÜNYA

18 Sentyabr

Trampın oğlu və kiçik Kennedi Rusiya ilə birbaşa danışıqlara çağırıblar

Finss.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris “dəlisov hərbi proqramlarını” ləğv etməli və “Moskva ilə birbaşa danışıqlara” başlamalıdırlar. Bu barədə ABŞ-ın keçmiş prezidentinin oğlu və bu vəzifəyə namizəd Donald Trampın oğlu və keçmiş müstəqil seçkiyə namizəd Robert Kennedinin “The Hill” nəşrinə yazdığı məqalədə deyilir.

Tramp və Kennedi hesab edirlər ki, Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadə etməsinə icazə verilməsi dünyanı “Kuba raket böhranı zamanı” olduğundan daha böyük nüvə münaqişəsi riskinə məruz qoya bilər. Onlar Rusiya prezidenti Vladimir Putinin belə bir addımın NATO ölkələri ilə Rusiya arasında müharibə demək olduğunu bildirən xəbərdarlığını xatırladıblar ki, bu da yaradılan təhdidlərə cavab addımlarına səbəb olacaq.

Kaira Agayeva 

Finss.az