DÜNYA

17 Sentyabr

Rusiyadan balıq ixracı 8 ayda 13% azalıb

Finss.az xəbər verir ki, Yanvar-avqust aylarında Rusiyadan balıq məhsullarının ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% azalıb, Rosselxoznadzor rəhbərinin köməkçisi Artem Dauşev Beynəlxalq Balıqçılıq Forumu və Balıqçılıq Sənayesi, Dəniz məhsulları və Texnologiyaları Sərgisində keçirilən sessiyada bildirib. Onun sözlərini TASS sitat gətirir.

"2024-cü ilin səkkiz ayı ərzində balıq məhsullarının tədarükü 1,1 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% azdır", - Dauşev bildirib.

O qeyd edib ki, Rusiya balıq məhsulları dünyanın 70-dən çox ölkəsinə çatdırıla bilər. 2024-cü ilin bu dövrü etibarilə ixrac yalnız 51 ölkəyə gedib.

Kaira Agayeva 

Finss.az