DÜNYA

17 Sentyabr

Ursula fon der Leyen yeni Avropa Komissiyasına namizədlərin adlarını açıqlayıb

Finss.az xəbər verir ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen yeni tərkibdə AK üzvləri vəzifələrinə namizədlərin adlarını açıqlayıb. O, həmçinin yeni vəzifələrin - Müdafiə və Kosmik üzrə Avropa komissarı və Aİ-nin genişlənməsi və Ukraynanın yenidən qurulması üzrə Avropa komissarı kimi vəzifələrin yaradıldığını açıqlayıb.

Ursula fon der Leyen Avropa komissarları vəzifəsinə 27 namizəd təklif etdi - hər Aİ ölkəsindən bir. “Komandamın hər bir üzvü öz təcrübəsini və Avropaya baxışını bölüşəcək. Biz birlikdə bir komanda olacağıq, ümumi məqsədə - Avropanı daha güclü etmək üçün çalışacağıq”, - AK rəhbəri X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, Avropa Parlamentinin üzvləri qarşısında çıxışında qeyd edib ki, yeni AK-də yerlərin 40%-ni qadınlar tutacaq. Onun sözlərinə görə, Aİ ölkələrindən olan namizədlərin ilk təkliflərindən sonra qadınların nisbəti 22% təşkil edib, lakin danışıqlardan sonra onların təmsilçiliyi genişləndirilib.

Kaira Agayeva 

Finss.az