DÜNYA

17 Sentyabr

Mərkəzi Avropa sel və daşqınlarla bağlı yeni fəlakətə hazırlaşır

Bazar ertəsi, sentyabrın 16-da Polşa və Çexiyanın bir sıra bölgələrində sakinlər tələsik təxliyə edilib. Mərkəzi Avropanın digər ölkələri dağıntılar və artan itkilər törədən son iyirmi ilin ən pis daşqınından sonra bərpa prosesinə başlayıblar.

Finss.az xəbər verir ki, ötən həftədən bəri davam edən leysan yağışları və suyun səviyyəsinin yüksəlməsi bəzi körpülərin uçmasına, məcburi təxliyələrə, avtomobillərə və evlərə ziyan dəyməsinə səbəb olub, eyni zamanda, həftəsonu Çexiya ilə Polşa arasında sərhəd bölgələri ağır zərbə alıb.

Rumıniyadan Polşaya qədər ərazidə son bir neçə gündə baş verən daşqınlar ən azı 17 nəfərin həyatına son qoyub. Bazar ertəsi günortadan sonra Polşanın cənubunda 40 mindən çox əhalisi olan Nısa şəhərinin meri yaxınlıqdakı sahil bəndinin zədələnməsindən sonra sakinləri dərhal təxliyə etməyə çağırıb.

Kaira Agayeva 

Finss.az