DÜNYA

17 Sentyabr

Özbəkistanla ABŞ arasında ticarət dövriyyəsi 7 ayda artıb

2024-cü ilin yanvar-iyul aylarında Özbəkistan və ABŞ arasında xarici ticarət dövriyyəsi 553,3 milyon ABŞ dollarına çatıb.

Finss.az xəbər verir ki, Özbəkistanın Statistika Agentliyinin məlumatına görə, bu, ticarət dövriyyəsinin 321,6 milyon dollar təşkil etdiyi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 72% çoxdur.

Beləliklə, ABŞ Özbəkistanın 10 ən böyük ticarət tərəfdaşı sırasındadır.

ABŞ-a Özbəkistan mallarının ixracı 185,3 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 120,8% çoxdur (2023-cü ilin yanvar-iyul aylarında 83,9 milyon dollar).

2024-cü ilin yanvar-iyun aylarında ABŞ-dan idxal 368 milyon dollara çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,8% artıb (2023-cü ilin yanvar-iyul aylarında 237,6 mln. dollar).

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Özbəkistanın ümumi ticarət dövriyyəsi 36,8 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% artıb (2023-cü ilin yanvar-iyul aylarında 34,9 mlrd. dollar).

2024-cü ilin yanvar-iyul aylarında ölkənin ixracı 14,7 milyard dollar, idxalı isə 22 milyard dollar təşkil edib.

Kaira Agayeva 

Finss.az