DÜNYA

17 Sentyabr

Moldova Dnestryanı olmadan da Aİ-yə daxil olmaq niyyətindədir

“Ümid edirik ki, Dnestryanı problemi həll etmək imkanımız olacaq. Amma yaxın bir neçə ildə tez uğur qazana bilməsək, bu o demək deyil ki, biz Avropaya inteqrasiyanı 10 və ya 20 il təxirə salacağıq. Bu bizim üçün həll yolu deyil. Biz hamımız birlikdə inteqrasiya etmək istəyirik. Əgər birlikdə mümkün deyilsə, o zaman iki addımda həyata keçiriləcək”.

Finss.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu bəyan edib. 

Onun sözlərinə görə, Brüssel Kişinyovun qarşısına Dnestryanı problemini Aİ-yə inteqrasiyadan əvvəl həll etməyi qarşısına məqsəd qoymur. Sandu həmçinin əmin edib ki, Moldova yalnız sülh, diplomatik həll yollarını nəzərdən keçirir.

Kaira Agayeva 

Finss.az