DÜNYA

17 Sentyabr

Milan Moda Həftəsi başlayır

Bu gündən sentyabrın 23-dək Milan şəhərində ənənəvi Moda Həftəsi keçiriləcək.

Finss.az xəbər verir ki, budəfəki moda həftəsi çərçivəsində ümumilikdə 173 müxtəlif məzmunlu görüşün, 57 fiziki və 8 rəqəmsal moda nümayişinin, 75 təqdimatın və 33 tədbirin keçirilməsi planlaşdırılır. Bundan başqa, lüks brendlər yeni kolleksiyalarını təqdim edəcəklər.

İlk gün “Palazzo Giureconsulti”də açılış mərasimi keçiriləcək. Sentyabrın 22-də isə “Fashion Awards 2024” tədbiri, eyni zamanda, “La Skala” teatrında mükafatların təqdimetmə mərasimi baş tutacaq.

Kaira Agayeva

Finss.az

“Milan Moda Həftəsinin hər buraxılışında şəhərimizlə moda dünyası arasında əlaqə yeni ruh yüksəkliyi ilə güclənir”, - deyə Milanın meri Cüzeppe Sala tədbirin əhəmiyyətini qeyd edərkən bildirib.