DÜNYA

17 Sentyabr

Brüsseldə nümayişçilər Audi zavodunun bağlanmasına etiraz ediblər

Finss.az xəbər verir ki, 5 mindən çox insan Audi avtomobil zavodunun bağlanmasına qarşı Brüsseldə Avropa Parlamenti yaxınlığındakı meydana toplaşıb.

Agentliyin məlumatına görə, etirazçılar sənaye mallarının “Çin dempinqinə” son qoymağa çağırıblar. Həmkarlar ittifaqları ümummilli tətilə çağırıb.

Etiraz aksiyası Aİ ölkələrinə ucuz məhsullar verən xarici istehsalçıların şiddətli rəqabətinə cavabdır.

Kaira Agayeva 

Finss.az