DÜNYA

17 Sentyabr

Rumıniyada 5,2 bal gücündə zəlzələ baş verib

Rumıniyada seysmik Vrancea bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Moldova, Bolqarıstan və Ukrayna sakinləri tərəfindən hiss olunub. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Finss.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 17:40-da (Moskva vaxtı ilə eyni) baş verib. Onun mənbəyi 137 km dərinlikdə yerləşir. Zəlzələnin episentri Nehoiu şəhərindən 16 km, Brasovdan 57 km aralıda yerləşib.

Vrancea zonası Rumıniya və Şərqi Karpatların (Ukrayna, Polşa və Slovakiya) ərazisindən keçən Cənubi Karpatların qovşağında yerləşən seysmik aktiv zonadır. Dağ sistemi Avropanın zəlzələyə ən çox məruz qaldığı bölgələrdən biridir.

Kaira Agayeva 

Finss.az