DÜNYA

17 Sentyabr

İran prezidenti yaxın vaxtlarda Türkiyəyə səfər edəcək

İran prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək.

Finss.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bu gün (16 sentyabr) Tehranda yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə İran üçün dost və qardaş ölkədir. İran və Türkiyə arasında əlaqələr və ticarət artmalıdır.

Pezeşkian əlavə edib ki, İran və Türkiyə arasında birgə investisiyalar üçün addımlar atılmalıdır. Türkiyə prezidenti, türk investorlar və iş adamları İrana dəvət olunacaq.

Qeyd edək ki, yerli və xarici KİV nümayəndələri ilə ilk mətbuat konfransında İran prezidenti Məsud Pezeşkian iştirak edir.

Kaira Agayeva 

Finss.az