DÜNYA

16 Sentyabr

Yer kürəsində yenidən maqnit qasırğası başlayacaq

Bu gün Yer kürəsində yenidən güclü maqnit qasırğası başlayacaq.

Finss.az xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzi məlumat yayıb.

“Saat 10:00-dan başlayaraq planetdə zəif maqnit qasırğası başlayacaq. Günortadan 19:00-dək biz G3 (güclü) səviyyəsində Yerin maqnit sahəsində müəyyən dərəcədə pozulma gözləməliyik”, - məlumatda deyilir.

Maqnit qasırğası sentyabrın 17-si saat 13:00-dək davam edəcək.

Kaira Agayeva

Finss.az