DÜNYA

16 Sentyabr

Türkmənistan və İraqın xarici işlər nazirləri ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə ediblər

Bazar ertəsi Trend Türkmənistanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Türkmənistan və İraqın xarici işlər nazirləri ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin və beynəlxalq arenada qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə İraqın xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı olub.

Finss.az xəbər verir ki, tərəflər ölkələr arasında siyasi, diplomatik, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyətini müzakirə ediblər. Ən yüksək səviyyədə səfər mübadiləsi, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Nazirlər ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin, regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə təmasların davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Kaira Agayeva 

Finss.az