DÜNYA

16 Sentyabr

Köln şəhərinin mərkəzindəki klubda partlayış baş verib

Finss.az xəbər verir ki, Almaniyanın Köln şəhərində "Vanity Club Cologne"də partlayış baş verib. Klub tarixi mərkəzdə Hohenzollernring küçəsində yerləşir. Bild-in məlumatına görə, ən azı bir nəfər ağır yaralı xəstəxanaya yerləşdirilib. Həlak olanlar barədə hələlik rəsmi məlumat yoxdur. Nəşrin məlumatına görə, partlayış klubun girişində baş verib. Binanın sahibi Bild ilə söhbətində hadisəni “terror” adlandırıb. Yerli “Klner Stadt-Anzeiger” qəzetinin məlumatına görə, partlayış zamanı klubda diskoteka olub.

Hazırda hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. Şəhər polisinin X sosial şəbəkəsindəki hesabı vətəndaşları partlayış baş verən ərazidən qaçmağa çağırıb və geniş polis əməliyyatı elan edib.

Yanğınsöndürmə xidmətinin nümayəndəsi qəzetə bildirib ki, hadisə yerinə zəng edilib, lakin yanğını söndürməyə ehtiyac yoxdur. Almaniyanın “Express” tabloidi müşahidə kameralarının görüntülərinə istinadən xəbər verir ki, partlayışdan az əvvəl kapüşonlu bir adam klubun girişinə yaxınlaşıb. Çantasını girişin qabağına qoyub getdi. Bundan az sonra partlayış baş verib.

Kaira Agayeva 

Finss.az