DÜNYA

16 Sentyabr

Çexiyada daşqınlar nəticəsində ölən və itkin düşənlər var

Çexiyada daşqınlar nəticəsində bir nəfər həlak olub, yeddi nəfər isə itkin düşüb.

Finss.az xəbər verir ki, bu barədə Çexiya polisi məlumat yayıb.

“Ölkənin şimalındakı Bruntal bölgəsində bir nəfər çayda boğularaq ölüb, daha yeddi nəfər itkin düşmüş sayılır”, - deyə Çexiyanın polis rəisi Martin Vondraşek bildirib.

Meteoroloqların məlumatına görə, respublikanın bütün ərazisində cümə günü başlayan, çaylarda və digər su hövzələrində daşqınlarla, güclü küləklə müşayiət olunan güclü yağışlar bazar ertəsi günü axşam saatlarınadək davam edəcək. 

Hakimiyyət orqanları təbii fəlakətlə əlaqədar yüz minə yaxın yanğınsöndürən və könüllünü hazır vəziyyətə gətirib. Eyni zamanda, polis orqanları, aviasiya vasitələri və istehkamlar gücləndirilib.

Kaira Agayeva 

Finss.az