DÜNYA

16 Sentyabr

Özbəkistan və Litva arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

2024-cü ilin yanvar-iyul aylarında Özbəkistan və Litva arasında xarici ticarət dövriyyəsi 435,1 milyon dollara çatıb.

Finss.az xəbər verir ki, Özbəkistanın Statistika Agentliyinin məlumatına görə, bu, ticarət dövriyyəsinin 393,3 milyon dollar təşkil etdiyi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,6% çoxdur.

Beləliklə, Litva Özbəkistanın 13 ən böyük ticarət tərəfdaşından birinə çevrildi.

Özbəkistan mallarının Litvaya ixracı 142,3 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 102,4% çoxdur (2023-cü ilin yanvar-iyul aylarında 70,3 milyon dollar).

2024-cü ilin yanvar-iyun aylarında Litvadan idxal 292,8 milyon dollara çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% artıb (2023-cü ilin yanvar-iyul aylarında 323 mln. dollar).

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Özbəkistanın ümumi ticarət dövriyyəsi 36,8 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% artıb (2023-cü ilin yanvar-iyul aylarında 34,9 mlrd. dollar).

2024-cü ilin yanvar-iyul aylarında ölkənin ixracı 14,7 milyard dollar, idxalı isə 22 milyard dollar təşkil edib.

Kaira Agayeva 

Finss.az