DÜNYA

16 Sentyabr

Güclü daşqınlar Avropanı cənginə alıb

“Boris” qasırğasının səbəb olduğu leysan yağışlar Mərkəzi və Şərqi Avropada son 10 ilin ən böyük daşqınları ilə nəticələnib. Çexiyada yağışlar daha intensiv olub, burada son üç gündə təxminən üçaylıq yağıntı miqdarı qeydə alınıb.

Finss.az xəbər verir ki, daşqın Mərkəzi və Şərqi Avropada artıq 7 nəfərin həyatına son qoyub, minlərlə evə ziyan dəyib.

Rumıniyada 4 nəfər ölüb, ziyan dəymiş ev təsərrüfatlarının sayının isə ən azı 5000-dən çox olduğu təxmin edilir.

Kaira Agayeva 

Finss.az