DÜNYA

16 Sentyabr

Türkiyədə makaron fabrikində baş verən partlayışda 20 nəfər xəsarət alıb

Finss.az xəbər verir ki, Türkiyənin Sakarya vilayətində makaron fabrikində partlayış baş verib, nəticədə 20 nəfər xəsarət alıb.

Zavodda yanğın başlayıb və fövqəladə hallar xidməti onu söndürməyə davam edir. Hadisənin səbəbi hələlik məlum deyil. Bütün zərərçəkənlər müalicə üçün yaxınlıqdakı tibb müəssisələrinə göndərilib.

Sakarya Bələdiyyə Başçısı Yusuf Alemdarın sözlərinə görə, partlayışın episentri fabrikin yuxarı mərtəbələrində olub.

Kaira Agayeva 

Finss.az