DÜNYA

16 Sentyabr

İngiltərədə dünyanın ən yaşlı pişiyi ölüb

Dünyanın ən yaşlı pişiyi İngiltərədə 33 yaşında öldü.

Finss.az xəbər verir ki, Rozinin yaşı 152 insan ili idi. O, qeyri-rəsmi olaraq dünyanın ən yaşlı pişiyi statusunu daşıyırdı. Üçrəngli pişik Britaniyanın Norviç şəhərində sahibi ilə birlikdə yaşayırmış. Onun sahibi Lila Brissettin 73 yaşı var.

Pişik 1 iyun 1991-ci ildə anadan olub. Ev sahibi onu sığınacaqdan pişik balası kimi övladlığa götürüb. Rozinin yeni evə ehtiyacı var idi, çünki əvvəlki sahiblər qızlarının yuna alerjisi olduğunu aşkar etdilər.

Kaira Agayeva

Finss.az