DÜNYA

16 Sentyabr

Myanmada daşqın nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb

Finss.az xəbər verir ki, Myanmada Yagi qasırğasının yaratdığı daşqınlar 113 nəfərin həyatına son qoyub. Daha əvvəl 74 nəfərin öldüyü bildirilirdi. Hakimiyyət bir neçə yaşayış məntəqəsindən 320 mindən çox sakini təxliyə edib.

“Ölkə boyu 113 nəfər həlak olub, 64 nəfər itkin düşüb, 14 nəfər yaralanıb”, - Respublika Dövlət İnzibati Şurasının sözçüsü Zav Min Tun bildirib. Təxliyə edilmiş sakinlər müvəqqəti düşərgələrə yerləşdirilib.

Myanmanı vuran tayfun səbəbindən bir neçə yol və körpü dağılıb, telefon rabitəsi və internetdə fasilələr yaranıb. Situan və Baqo çaylarında suyun səviyyəsi normadan artıq olub.

"Yagi" super tayfunu sentyabrın 1-də Cənub-Şərqi Asiyanı vurdu. Filippin, Çin və Honq Konqda da ölümlərə səbəb olub.

Kaira Agayeva 

Finss.az