DÜNYA

16 Sentyabr

Özbəkistan prezidenti Səmərqənddə Almaniya kansleri Olaf Şolzla görüşüb

Finss.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərinin Reqistan meydanında bu ölkəyə rəsmi səfərə gələn Almaniya Federal Kansleri Olaf Şolzla görüşüb.

YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş dünyaca məşhur Registan meydanı Özbəkistanın əsas vizit kartıdır.

Olaf Şolz şərq memarlığının bu incisinin tikintisinin tarixi faktları, memarlıq həlləri və dekorasiya xüsusiyyətləri, bu yerlə bağlı əlamətdar hadisələr və şəxsiyyətlər, habelə özbək xalqının mədəni irsi ilə hərtərəfli tanış olub.

Söhbət zamanı qeyd olunub ki, dünya sivilizasiyasının qədim beşiklərindən biri kimi haqlı olaraq tanınan Səmərqənd şəhəri mühüm beynəlxalq biznes və turizm mərkəzinə çevrilir.

Kaira Agayeva 

Finss.az