DÜNYA

16 Sentyabr

Danimarkada sikkə kolleksiyası hərracda təxminən 15 milyon avroya satılıb

Son 100 ildə toxunulmamış qalan 286 sikkə kolleksiyası Kopenhagendə keçirilən hərracda rekord qiymətə - 14,8 milyon avroya (16,4 milyon dollar) satılıb. Stack's Bowers auksion evindən TV2-yə verilən məlumata görə, yekun məbləğ təxmin edilən dəyəri təxminən 25% ötüb.

Finss.az xəbər verir ki, Hərracda satılan sikkələr danimarkalı tacir Lars Emil Bruunun kolleksiyasının bir hissəsidir, onların sayı 20 min sikkədir, o cümlədən nadir sikkələr. Hərrac səkkiz saat davam edib.

Lars Emil Bruun 1852-ci ildə anadan olub. O, kərə yağının topdan satışı ilə məşğul idi. Tacirin həyatı boyu topladığı kolleksiyasında Danimarka, Norveç və İsveçdən sikkə və əskinasların ən tam kolleksiyası, medallar və kitablar var. 1932-ci ildə ölümündən əvvəl Lars Emil Brunn vəsiyyətində qeyd etdi ki, onun kolleksiyası növbəti 100 il ərzində toxunulmaz qalmalıdır. Onun irsinin təxmini dəyəri 72 milyon dollardır.

Kaira Agayeva 

Finss.az