DÜNYA

16 Sentyabr

Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib

Finss.az xəbər verir ki, ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens etiraf edib ki, noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək olduqca çətin olacaq.

“Şimali Karolinada üstünlük əldə etməsək, bizim (ABŞ prezidentliyinə namizəd Donald Tramp - Qeyd) qalib gəlməyimiz çox çətin olacaq”, - deyə o bildirib.

Bununla belə, Vens Trampın Şimali Karolinada qalib gəlmə şansını “çox yaxşı” kimi qiymətləndirib.

Kaira Agayeva 

Finss.az