DÜNYA

13 Sentyabr

Özbəkistan və Türkiyə toxumçuluq mərkəzi açmağı planlaşdırır

Finss.az xəbər verir ki, Türkiyədən nümayəndə heyəti Özbəkistanda Özbəkistanda olub.

Məlumata görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Özaqromüfəttişliyi və Kənd Təsərrüfatı Məhsullarının Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu il iyunun 5-6-da iki ölkə liderlərinin görüşündə əldə olunmuş razılaşmalar çərçivəsində açılışı planlaşdırılan sınaq mərkəzinin yaradılması ilə bağlı danışıqlar aparılıb.

Türkiyə tərəfi tərəvəz və yem bitkilərinin toxumlarının bu standartlara uyğun sertifikatlaşdırılmasına imkan verəcək beynəlxalq ISTA standartlarına uyğun mərkəzin təşkilini təklif edib.

Görüş zamanı tərəflər mərkəzin yaradılması planlarını müzakirə edib və onun açılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Kaira Agayeva 

Finss.az