DÜNYA

13 Sentyabr

Nyu-York Polisinin rəhbəri korrupsiya araşdırmaları fonunda istefa verir

Finss.az xəbər verir ki, Nyu-Yorkun polis komissarı (NYPD) Edvard Kaban istefa verib.

O həmçinin elan edib ki, NYPD-nin müvəqqəti rəhbəri keçmiş FTB agenti və Nyu-York Daxili Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Tom Donlon olacaq.

Puertorikalı Kaban şəhər polisinin rəhbəri vəzifəsinə 1 iyul 2023-cü ildə təyin olunmuşdu. O, bu vəzifədə ilk latınamerikalı idi və ilk qadın rəhbər olan Kiçant Syuelli əvəz etmişdi. “New York Times” onun istefasını departamentə əslində onun deyil, Adamsın administrasiya üzvlərinin və özünün rəhbərlik etməsi ilə əlaqələndirmişdi. Qeyd edək ki, Adams NYPD-də 20 ildən çox işləyib.

Ötən həftə məlum olub ki, ABŞ-nin Nyu-York Cənub dairəsi üzrə prokurorluğu və Vergi Xidməti Departamentinin Cinayət Pozuntuları İdarəsi Nyu-York polisinin yüksək vəzifəli əməkdaşlarına qarşı genişmiqyaslı araşdırma aparır.

Kaira Agayeva 

Finss.az