DÜNYA

13 Sentyabr

Çin digər ölkələrin daxili siyasətinə müdaxiləyə son qoymağa çağırıb

Finss.az xəbər verir ki, Çinin müdafiə naziri Donq Jun bildirib ki, ölkələr başqa ölkələrin daxili siyasətinə qarışmamalı və onların maraqlarına toxunmamalıdır. O, bu fikri Pekində keçirilən 11-ci Syanşan Təhlükəsizlik Forumunun açılışında bildirib.

Dong Jun vurğulayıb ki, bütün ölkələrin öz qanuni suverenliyi və təhlükəsizlik maraqları var. Onun sözlərinə görə, “bu ölkələrin yaşaması və inkişafının asılı olduğu müqəddəs və toxunulmaz əsas hüquqlara tam hörmət edilməlidir”.

Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi Rusiya və Çinin strateji əməkdaşlığını artırdığını və dünya səhnəsində blok qarşıdurmasına qarşı durduğunu bildirmişdi. Onun sözlərinə görə, bu siyasət Qlobal Cənubun əksər dövlətlərinin maraqlarına, eləcə də müasir tendensiyalara uyğundur.

Kaira Agayeva 

Finss.az