DÜNYA

13 Sentyabr

Rusiya Donbasa raket zərbələri endirib, BQXK-nin üç əməkdaşı ölüb, ikisi yaralanıb

Finss.az xəbər verir ki, Rusiya ordusu Ukraynanın Donbas bölgəsində humanitar yardım paylama məntəqəsinə zərbələr endirməsi nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin üç əməkdaşı ölüb, ikisi yaralanıb.

Yerli sakinlər arasında xəsarət alan olmayıb.

BQXK prezidenti Miryana Spolyariç hücumu pisləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski hadisənin fotosunu dərc edib və ölənlərin yaxınlarına başsağlığı verib.

Kaira Agayeva 

Finss.az