DÜNYA

13 Sentyabr

Litvanın Daxili İşlər Nazirliyi Rusiya uğrunda döyüşmüş litvalının vətəndaşlığından məhrum ediləcəyini vəd edib

Finss.az xəbər verir ki, Litvanın daxili işlər naziri Aqne Bilotaite bildirib ki, vətəndaşlar başqa ölkənin ordusunda xidmət etmək üçün hakimiyyət orqanlarından icazə almalıdırlar. O, litvalı Kestutis Kvetkusun Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirərək prosedurdan danışıb.

“Bütün qanunvericilik aktlarına görə, insan başqa ölkənin ordusunda yalnız icazə aldıqda döyüşə bilər. Bizdə belə prosedurlar var”, - deyə xanım Bilotaite “Ziniu” radiosuna bildirib.

Rusiya Müdafiə Nazirliyi mart ayında bildirib ki, münaqişədə iştirak edən 174 litvalıdan 81-i Ukrayna tərəfində gedən döyüşlərdə həlak olub.

Kaira Agayeva 

Fins.az