DÜNYA

13 Sentyabr

Özbəkistan və Türkiyə əməkdaşlıq üçün yol xəritəsi imzalayıb

Finss.az xəbər verir ki, Özbəkistan və Türkiyə əməkdaşlıq üçün yol xəritəsi imzalayıb.

“Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Daşkənddə özbək həmkarları ilə üçtərəfli formatda görüşüblər Türkiyə ilə Özbəkistan arasında əməkdaşlığın institusionallaşdırılması”, - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, bu gün prezident Şavkat Mirziyoyev ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikay və Milli Kəşfiyyat İdarəsinin direktoru İbrahim Kalından ibarət nümayəndə heyəti arasında görüş olacaq.

Səfər zamanı ikitərəfli danışıqların və xarici siyasət, hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin birgə iclasının keçirilməsi planlaşdırılır.

Kaira Agayeva 

Finss.az