DÜNYA

12 Sentyabr

Makronun həyat yoldaşına böhtan atan iki qadına hökm oxunub

Finss.az xəbər verir ki, Paris məhkəməsi Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijitin kişi doğulduğunu iddia edən Nataşa Rey və Delfin Jequss adlı iki qadını 13,5 min avro cərimələyib.

“Bundan əlavə, onlar vurulmuş mənəvi zərərə görə Brijit Tronyeyə (birinci xanımın qızlıq soyadı) 8 min avro, onun qardaşı Jan-Mişel Tronyeyə isə 5 min avro təzminat ödəməli olacaqlar”, - telekanal bildirib.

Kaira Agayeva 

Finss.az