DÜNYA

12 Sentyabr

ABŞ-ın Dövlət katibi Antoni Blinken Varşavaya gəlib

ABŞ-ın Dövlət katibi Antoni Blinken bu gün səhər saatlarında Varşavaya gəlib. 

Finss.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi “X” platformasında məlumat verib. Bir gün əvvəl isə Blinken və onun britaniyalı həmkarı Devid Lemmi Ukraynaya səfər etmişdilər.

“Bu səfər ABŞ və Polşa arasında sıx və möhkəm tərəfdaşlığı bir daha təsdiqləyir və Ukraynaya ortaq dəstək öhdəliyimizi vurğulayır”, - deyə səfirlik qeyd edib. Həmçinin bildirilir ki, Blinkenin Varşavaya səfəri “bizim alyansımızın mühüm rolunu və qlobal problemlərin həllində əməkdaşlığın davam etdirilməsinin vacibliyini” nümayiş etdirir.

Antoni Blinkenin bu gün Polşa Prezidenti Anjey Duda və Baş nazir Donald Tusk ilə görüşü planlaşdırılır.

Kaira Agayeva 

Finss.az