DÜNYA

12 Sentyabr

Rusiya və Qırğızıstanı Xəzər dənizi vasitəsilə birləşdirəcək multimodal marşrut hazırlanır

Rusiya və Qırğızıstanı Xəzər dənizində bərə xidməti vasitəsilə birləşdirəcək yeni multimodal nəqliyyat marşrutu hazırlanır.

Finss.az xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov İssık-Kul vilayətində keçirilən VI Qırğızıstan-Rusiya İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Qırğızıstanın təşəbbüsü ilə Xəzər dənizində bərə xidmətindən istifadə etməklə, Özbəkistan və Türkmənistan vasitəsilə ölkələrimizi birləşdirəcək yeni multimodal nəqliyyat marşrutu hazırlanır ki, bu da logistikanın inkişafına və ticarət dövriyyəsinin sürətləndirilməsinə güclü təkan olacaq. ” qeyd etdi.

A.Japarov bəyan edib ki, Rusiya Qırğızıstanın strateji tərəfdaşıdır və qalacaq.

“İnkişafımızın vektorları 2022-2026-cı illər üçün Hökumətlərarası İqtisadi Əməkdaşlıq Proqramında aydın şəkildə göstərilib. İndi nəinki əlaqələrimizi gücləndirmək, həm də çətinlikləri birgə aradan qaldırmaq və yeni üfüqlər açmaq üçün ardıcıl və qətiyyətli hərəkət etmək həmişəkindən daha vacibdir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, ticarət Qırğızıstanla Rusiya arasında əməkdaşlığın əsas sütunudur. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dollarını ötüb. Dövlət başçıları bu rəqəmi 5 milyard dollara çatdırmaq vəzifəsini qoyublar.

Rusiya və Qırğızıstanı Xəzər dənizində bərə xidməti vasitəsilə birləşdirəcək yeni multimodal nəqliyyat marşrutu hazırlanır.

Trend-in cümə axşamı verdiyi məlumata görə, bunu Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov İssık-Kul vilayətində keçirilən VI Qırğızıstan-Rusiya İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Qırğızıstanın təşəbbüsü ilə Xəzər dənizində bərə xidmətindən istifadə etməklə, Özbəkistan və Türkmənistan vasitəsilə ölkələrimizi birləşdirəcək yeni multimodal nəqliyyat marşrutu hazırlanır ki, bu da logistikanın inkişafına və ticarət dövriyyəsinin sürətləndirilməsinə güclü təkan olacaq. ” qeyd etdi.

A.Japarov bəyan edib ki, Rusiya Qırğızıstanın strateji tərəfdaşıdır və qalacaq.

“İnkişafımızın vektorları 2022-2026-cı illər üçün Hökumətlərarası İqtisadi Əməkdaşlıq Proqramında aydın şəkildə göstərilib. İndi nəinki əlaqələrimizi gücləndirmək, həm də çətinlikləri birgə aradan qaldırmaq və yeni üfüqlər açmaq üçün ardıcıl və qətiyyətli hərəkət etmək həmişəkindən daha vacibdir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, ticarət Qırğızıstanla Rusiya arasında əməkdaşlığın əsas sütunudur. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dollarını ötüb. Dövlət başçıları bu rəqəmi 5 milyard dollara çatdırmaq vəzifəsini qoyublar.

Kaira Agayeva 

Finss.az